AZAL-ın təyyarəsinin pəncərəsinin sınması uçuşu 12 saat ləngitdi -

31-07-2019, 11:39            58 dəfə baxılıb
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən gün saat 13:20-də, “J2 076” reysi üzrə Türkiyənin İstanbul şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsi təxminən 12 saat gec yola düşüb. Buna səbəb təyyarənin pəncərəsinin sınması olub. 

Son nəticədə avialayner havaya bu gecə saat 01:10-da qalxıb və saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. 

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Report”a faktı təsdiq edib. 

Xatırladaq ki, “J2 076” reysi üzrə uçuşlar "Airbus A340-500” markalı təyyarələrilə həyata keçirilir.(Report)
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.