Ölüm xəbəri yayılan Türkəminstan prezidenti haradadır? -

22-07-2019, 10:53            41 dəfə baxılıb

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun yoxa çıxması ölməsi ilə əlaqədar deyil - onun anası ağır xəstədir.
Bu barədə Rusiyanın NTV telekanalı, türkmən mənbələrinə istinadən xəbər yayıb.
"Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 10 gündür ağır vəziyyətdə yataqda olan anasını ziyarət etmək üçün Almaniyaya gedə bilər", - deyə mənbələr bildiriblər.
Yerli KİV qeyd edir ki, Berdiməhəmmədov təxminən iki həftədir ictimaiyyət arasında görünmür. Daha əvvəl isə dövlət televiziyası bəyan etmişdi ki, Prezident ailəsi ilə bir yerdə olmaq və yarımçıq qalmış kitabını tamamlamaq üçün məzuniyyətə gedib. Yeri gəlmişkən, bundan sonra Berdiməhəmmədovun təyyarələrindən biri Almaniyada görünmüşdü.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.