BAKIDA ORQAN MAFİYASI: İran, Türkiyə və Gürcüstana qədər uzanan cinayət - FOTO -

12-07-2019, 17:34            84 dəfə baxılıb

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları bir neçə əcnəbi vətəndaşın barəsində axtarış elan edib.

Bunlardan biri İran İslam Respublikasının vətəndaşı Taheri Mahmoudi Mohsendir.

O, 1962-ci ildə anadan olub, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə barəsində 2019-cu ildə axtarış elan edilib.

BAKIDA ORQAN MAFİYASI: İran, Türkiyə və Gürcüstana qədər uzanan cinayət - FOTO
Digər şəxs isə Türkiyə Respublikasının vətəndaşı, 1992-ci il təvəllüdlü Solun Dogandır. Onun barəsində də bu il Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə axtarış elan edilib.


Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə axtarışa verilənlərdən daha biri də Türkiyə vətəndaşı, 1971-ci il təvəllüdlü Gursen Tarkandır.


İdarə tərəfindən bu il axtarışa verilənlər digər şəxs isə Ceyranlı Fərman Cahan oğludur. 1957-ci ildə Gürcüstanda anadan olan Fərman Ceyranlı Bakı şəhər sakinidir. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib.


Qeyd edək ki, axtarışa verilən Fərman Ceyralının adı Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işində hallanıb.

Ehtimal olunur ki, Fərman Ceyranlı və digər şəxslər insan orqanını alveri ittihamı üzrə axtarışa veriliblər.

Vahab Xudadatov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Xatırladaq ki, Vahab Xudadatov "Qarabağ"ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır./Teleqraf.com/шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.