Putin Yunusbek Yevkurovu Şoyquya müavin təyin etdi -

8-07-2019, 16:45            42 dəfə baxılıb
Rusiya Prezidenti Vladimir Putin İnquşetiyanın sabiq rəhbəri Yunusbek Yevkurovu Rusiya müdafiə nazirinin müavini təyin edib.

Bu barədə Kreml məlumat yayıb.

Putin Yevkurova general-leytenant rütbəsi də verib.

Xatırladaq ki, Y. Yevkurov bir müddət öncə İnquşetiyanın rəhbəri vəzifəsindən istefaya gedib. 11 il bu vəzifəni tutan Yevkurov general-mayor idi. O, İnquşetiya rəhbəri olmazdan qabaq Hərbi Desant Qüvvələrində rəhbər vəzifələrdə olub, Şimali Qafqazdakı antiterror əməliyyatlarında, eləcə də Balkanlarda serblərə dəstək əməliyyatlarında iştirak edib.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl “Kommersant” qəzeti Y.Yevkurovun məhz Rusiya müdafiə nazirinin müavini təyin olunacağı barədə məlumat yaymışdı.(Virtualaz.org)
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.