Voleybol üzrə qadınlardan ibarət milli komandamız Bakıda hazırlıqlara davam edir -

5-07-2019, 13:48            109 dəfə baxılıb

Covanni Kaprara - 01-03 avqust 2019-cu il tarixlərində Braziliyada təşkil olunan Olimpiya təsnifat mərhələsində iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamız Bakıda hazırlıqlara davam edir. “D” qrupunda mübarizə aparacaq yığmamızın baş məşqçisi Covanni Kaprara hazırlıqdan və təsnifat mərhələsindəki rəqibləri haqqında danışdı:
Artıq iki həftədir ki, hazırlıqlara başlamışıq. Bir məşqçi olaraq məni iki məslə düşündürür. İlk olaraq biz komanda olaraq birgə çox məşq keçirməli, daha sonra yoxlama matçlarında gücümüzü yoxlamalıyıq. Olimpiya təsnifat oyunlarında rəqiblərimiz haqqında isə bunu deyə bilərəm ki,  Brazilya millisinin təqdimata ehtiyacı yoxdur, Dominikan Respublikasının yığma komandası son illər çox irəliləyib, Kamerun komandası da Dünya çempionatında pis təsir bağışlamadı. Bir sözlə bizim üçün çətin olacaq. Buna baxmayaraq qrup mərhələsini keçməyə çalışacağıq.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.