Dubaydan qaçan şeyx arvadı Londonda 107 milyon dollarlıq villada qalır - FOTOLAR -

3-07-2019, 17:41            46 dəfə baxılıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Məhəmməd ibn Rəşid əl-Maktumun həyat yoldaşı Həyya bint əl-Hüseynin külli miqdarda pul götürərək ölkədən qaçmasının pərdəarxası məqamları üzə çıxıb.

Beləki, Dubay əmirinin xanımının Londonda gizləndiyi barədə xəbərlər yayılıb.

"Times” xəbər verir ki, 45 yaşlı şahzadə 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə hazırda Londonun mərkəzində yerləşən "Kensington Palace Gardens” küçəsində dəyəri 107 milyon dollar olan malikanədə qalır.

Məlumatda həmçinin bildirilir ki, cütlük ayrılıb və şahzadə Həyya Dubayı tərk etdikdən sonra Ali Məhkəməyə boşanmaq üçün ərizə verib.
Şahzadənin qaçırılaraq yenidən Dubaya gətiriləcəyini ehtimal edənlər də var.

Birləşmiş Ərəb Əmirliklərinin Londondakı səfirliyi xoşagəlməz hadisələri şərh etməkdən boyun qaçırıb. Dilplomatik korpusdan bunun şəxsi məsələ olduğunu bildirinlər.

Qeyd edək ki, İordaniyada göz açan şahzadə təhsilini İngiltərədə alıb. Həyya İordaniya Kralı Abdullahın ögey bacısıdır. BƏƏ-də 250 min iordaniyalı işçi var. Qalmaqallı hadisənin isə iki ölkə arasında münasibətlərə təsir göstərəcəyi istisna edilmir.

Xatırladaq ki, 2004-cü ildə Dubay əmiri ilə ailə quran Həyya bint əl-Hüseyn şeyxin sayca altıncı arvadı olub.



шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.