"Hakim hər zibilə görə vərəqə göstərirdi" - Messi qəzəbləndi -

3-07-2019, 14:01            130 dəfə baxılıb
Düşünürəm ki, turnirdə ən yaxşı oyunumuzu göstərdik. Çalışdıq, ancaq qol epizodlarından yararlana bilmədik. Zərbələrimiz qapı tirinə tuş gəldi.

Qol.az  xəbər verir ki, bu sözləri Argentina millisinin kapitanı Lionel Messi Amerika kubokunun yarımfinalında Braziliyaya uduzduqları oyundan (0:2) sonra deyib.

O, hakimlərin Argentinaya qarşı qərəzli olduğunu, rəqibin lehinə qərarlar verdiyini bildirib: "Braziliya bizdən üstün deyildi, çirkin qayda pozuntuları edirdilər. Rəqib bir epizodda əllə oynadı, ancaq hakimlər bir dəfə də VAR-dan istifadə etmədi. Bu, inanılmazdır. Görüşün baş hakimi hər zibilə vərəqə göstərirdi, ancaq rəqibin lehinə qərar verirdi".

Qeyd edək ki, Argentina bu məğlubiyyətlə turnirlə vidalaşıb, Braziliya isə finala çıxıb.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.