Eduard Məmmədov: "Mən fəxr edirəm ki, Daxili İşlər Nazirliyinin əməkdaşıyam" -

2-07-2019, 17:03            39 dəfə baxılıb

Xəbər verdiyimiz kimi bu gün 2 iyul Azərbaycan Polisi Günüdür.

Bu günlə bağlı olaraq Sonxeber.az Nəqliyyatın Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Eduard Məmmədovla əlaqə saxlayıb.

O, bildirib ki, polis olmaq onun uşaqlıq arzusu olub:

"Kinolara baxıb, idmanla məşğul olmağa başladım. 2009-cü il mənim üçün çox uğurlu il oldu. Bir il ərzində 3 dəfə dünya çempionu oldum. 2000-ci ildə yarım finalda erməni idmançı ilə görüşdüm. Ən tez qələbəmi də o məhz zaman əldə etdim. Döyüş 15 saniyə çəkdi. Məşqçi erməni idmançıya vuruşmasını söyləyirdi. Erməni idmançısı isə deyirdi ki, vuruşa bilmirəm. Döyüşə bilirsənsə özün gəl. Mənim ən böyük arzum Daxili İşlər Nazirliyində işləmək olub. 2003-cü ildə keçmiş Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova müraciət edərək idmançı kimi nazirlikdə işləmək istədiyimi söylədim. O da çox sağ olsun mənim arzumu reallaşdırdı. Mən fəxr edirəm ki, hazırda Daxili İşlər Nazirliyinin əməkdaşıyam".шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.