Bakıdakı silahlı insidentin TƏFƏRRÜATI -

25-06-2019, 14:02            143 dəfə baxılıb

Bakıda keçmiş biznesmen güllələnib.
"Ölkə.Az" xəbər verir ki, bu barədə oxu.az-a Nizami rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Ucar rayonunun 40 yaşlı sakini Asim Hüseynovun cəsədi iyunun 24-də, axşam saatlarında Qara Qarayev prospektində tapılıb. Onun kürək nahiyəsində güllə yaraları aşkarlanıb.

Hazırda Nizami Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməliyyatçıları cinayəti törətməkdə şübhə bilinən şəxsin axtarışı ilə məşğul olurlar. Şübhəli cinayət yerindən qaçıb.
İlkin araşdırma zamanı məlum olub ki, A.Hüseynovun daha əvvəl kiçik biznesi olub, tikinti materialları (ağac) satıb. Lakin sonra o müflisləşib və hətta ailəsini itirib.

Məlumdur ki, A.Hüseynovun bir neçə şəxsə iri məbləğdə borcu yaranıb. Güman edilir ki, qətlin törədilməsinə məhz bu səbəb olub.

A.Hüseynovun son illər müəyyən yaşayış yeri olmayıb və müxtəlif obyektlərdə fəhlə kimi pul qazanıb. O, belə obyektlərin birinin ətrafında qətlə yetirilib.
 шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.