"Hər şeyə görə onu günahlandırırlar" - Falkao Messini müdafiə etdi -

18-06-2019, 12:08            53 dəfə baxılıb

Kolumbiya millisinin hücumçusu Radamel Falkao "Barselona"nın kapitanı Lionel Messini müdafiə edib.

Qol.az-ın "Mundo Deportivo" nəşrinə istinadən yaydığı xəbərə görə, "Monako"lu futbolçu Argentina yığmasının Amerika kubokunun qrup mərhələsində Kolumbiyaya 0:2 hesablı məğlubiyyətinə görə tənqid olunan 31 yaşlı superulduzun bu cür münasibətə layiq olmadığını bildirib:

"Messi bir qol vuranda deyirlər ki, niyə dubl etmədi. Məhsuldar ötürmə verəndə deyirlər ki, daha çoxunu edə bilərdi. Yaxşı oynayanda deyirlər ki, müdafiəçilər zəif idi. Cərimə zərbəsindən fərqlənir, deyirlər ki, canlı sədd səhv yerdə dayanmışdı. Argentina uduzur, yenə günahkar Messidir. Dünyanın ən yaxşı futbolçusu olduğu üçün bu cür bədəl ödəməli olur".шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.