DAHI LIDERIMIZƏ SEVGI MƏNDƏ UŞAQ YAŞLARIMDAN BAŞLAMISDI! -

15-06-2019, 13:09            89 dəfə baxılıb

Dahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!
valideynlərimin mükəmməl insana o qədər sevgisi var idi ki,mənim üçün alternativsiz siyasi rəhbər Heydər Əliyev idi!Ümummilli lider Heydər Əliyev!bu adı duyanda uşaqlığımdan pərəstişkarı olduğum bu dahi şəxsiyyət və onun mükəmməl görünüşü, gözlərimdə,qeyri adi səsi canlanir qulaqlarimda!Azərbaycan tarixini səninlə yazdi dünya şöhrətli siyasətçi,Heydər Əliyev!biz Azərbaycan gəncliyi fəxr edirik ki,məhz Heydər Əliyevin rəhbərliyi dövründə dünyaya gəlib,yaşayib təhsil almışıq!Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş dövrü kimi müasir tariximizə əbədi həkk olunmuşdur. Bu gün Azərbaycanın sosial-iqtisadi, ictimai-mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada ulu öndərin şərəfli ömrünün bir zərrəsi hiss olunmasın.Zaman bizi ümummilli lider Heydər Əliyevin cismani yoxluğundan uzaqlaşdırdıqca xalqımız bu möhtəşəm şəxsiyyətin ulu, gündən-günə əzəmətini artıran obrazına daha çox müraciət edir. Əslində, bu nadir insanın və siyasət korifeyinin heç vaxt heç bir qiymətə, tərifə ehtiyacı olmasa da, onun qədir-qiyməti qəlbimizdə getdikcə daha da artır, zaman-zaman böyüyür. Bu, hər şeydən əvvəl, bizim özümüzün ulu öndərin zəka və ideyalarına olan ehtiyacımızın misilsizsizliyi ilə bağlıdır.Mən bu gün düşünürəm cənab prezidentimiz İlham Əliyev həqiqətən seçilmiş şəxsiyyət olaraq dünyaya gəlib!çünkü hər insana qismət ola bilməzdi dünya şöhrətli , dahi liderin övladı olmaq!və onun siyasi kursunu davam etdirmək!Ulu öndərimiz dünyada bənzəri olmayan tək sərkərdə,ən mükəmməl dövlət başçısı və ən əsası möhtəşəm ürəyi olan lider idi!biz Azərbaycan gəncliyi Allahın biz Azərbaycan xalqına hədiyyəsi olan Heydər Əliyevin layiqli davamçısı cənab prezidentimiz İlham Əliyevlə fəxr edirik!

Yevlax şəhər 2 saylı tam orta 
məktəbin direktoru Sədaqət Şükürovaшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.