Ceyhun Bayramov bunu mütləq nəzərə almalıdır... - Təkcə Sumqayıtda belə deyil... -

12-06-2019, 21:44            25 dəfə baxılıb
Əvvəllər bütün orta ümumtəhsil müəssisələrində tibb kabinetləri var idi. Həmin kabinetlərdə məktəblilərin sağlamlığına nəzarət edilir, vaksinasiya aparılır, məktəblərdə baş verən ani qəzalar zamanı ilkin tibbi yardım göstərilirdi. Ancaq indi, demək olar ki, bir çox məktəblərdə bu kabinetlər və vakansiyalar yoxa çıxıb, yaxud tibb kabineti yerində qalsa da, heç bir fəaliyyəti yoxdur.

Mütəxəssislər bunu müxtəlif səbəblərlə izah edir. Təhsil Nazirliyi isə bu iddiaları təkzib edərək, bildirir ki, məktəblərdə tibb kabineti və vakansiyalar ləğv edilməyib…

Xeberle.com-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov söyləyib ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, təhsil müəssisəsində təhsil alanlara pulsuz tibbi xidmət göstərilir: "2011-ci ildə qəbul edilmiş orta məktəblərin nümunəvi nizamnaməsinə əsasən, hər bir məktəbdə təhsil alan şagirdlərə çevik, operativ müdaxilə etmək üçün tibb xidməti, eyni zamanda profilaktik olaraq orta ümumtəhsil məktəblərində şagirdlərdə yoluxucu, infeksion xəstəliklərin yoxlanılması və digər xəstəliklərlə bağlı monitorinqlərin aparılması, ilkin diaqnozun qoyulması üçün tibb otaqları olmalıdır. Növbəli şəkildə minimum iki tibb bacısı yaxın poliklinika tərəfindən məktəbə ezam olunur və məktəbin iş qrafikinə uyğun fəaliyyət göstərir:

“Hazırda ölkəmizdə 4500 orta ümumtəhsil müəssisəsi var və orta məktəblərdə ilkin tibbi yardımın, eyni zamanda buna yaxın psixoloji xidmətlərin göstərilməsi ilə bağlıproblemlər var. Qanunvericilikdə nəzərdə tutulsa da, orta ümumtəhsil məktəblərində tibb otaqlarında lazımi avadanlıqlar, tibbi preparatlar yoxdur. Çalışanlar isə, mütəmadi olaraq təhsil alan şagirdlərin yoxlanışını həyata keçirmir. Əlbəttə ki, burada bəzi hallarda obyektiv və subyektiv səbəblər var. Səbəbləri bölsək, bəzi məktəblərdə sənəd üzərində tibb otağı olsa da, şagird sıxlığına görə bir çox halda bu otaq və həmin otaqlarda lazımi şərait də olmur. Çünki məktəbdə şagird sayı çoxdur və ayrıca otaq ayrılması mümkün deyil. İkinci səbəb isə, tibbi xidmət göstərən işçilərin sayının azlığıdır. Bu gün orta ümumtəhsil məktəblərində 4000-4500 şagirdi olan məktəblər var və tibbi xidmət göstərən bir şəxs orada yüksək səviyyəli tibbi xidmət göstərə bilmir. Ona görə də əksər hallarda kiçik işlər görməklə kifayətlənir. Bu gün orta məktəblərdə ilkin tibbi yardım xidmətinin göstərilməsi səviyyəsi çox aşağıdır. Biz bunu həm də burada görürük ki, yuxarı siniflərə qalxdıqca 65 faiz uşağın görmə qüsuru var, lakin məktəbdə tibbi xidmət göstərilsəydi, həmin problemlər öncədən aşkarlanardı. Yaxud da, 70 faiz uşaq inkişafdan qalıb, 80 faiz uşaqda onurğa problemi var. Orta məktəbdə keyfiyyətli tibbi xidmət göstərilsəydi, bütün bunların hamısı öncədən həkimlər tərəfindən müəyyənləşdirilərdi və şagirdlərimiz arasında belə problemlər daha az müşahidə olunardı. Buna görə də hesab edirəm ki, orta məktəblərdə tibbi xidmətin göstərilməsinə ciddi şəkildə ehtiyac var. Bura heç də poliklinikaların göndərdiyi deyil, müsabiqə yolu ilə seçilmiş daha yüksək bilik və bacarıqlara malik şəxslər gəlməlidir. Eyni zamanda da məktəblərdə tez-tez monitorinqlər aparılmalıdır ki, tibb otaqlarında lazımi dərmanlar, ləvazimatlar varmı. Təəssüflər olsun ki, ilkin tibbi yardım göstərmək üçün belə, məktəblərdə tibb otaqlarında şərait yoxdur”.

Məlum məsələyə münasibət bildirən tibb eksperti Adil Qeybulla deyir ki, bəzi məktəblərdə tibb otaqları qənaət məqsədilə ləğv edilib. Ekspert, həmçinin hesab edir ki, Azərbaycanda uşaqların sosial müdafiəsi ilə bağlı xeyli boşluqlar var. Ekspertin fikrincə, uşaqların sağlamlıq problemləri genofondun əsas bazasını təşkil etməlidir: "Bütün dünyada uşaqlara qayğı çox ciddidir. Orta məktəblərdə uşaqların qidalanması, təhsili, həkim nəzarəti və digər məsələlər çox vacibdir. Uşaqlar bəzən ev şəraitində qüsurlu tərbiyə ala bilərlər. Amma məktəb onların həyatında çox önəmli rol oynayır".

Məlumat almaq üçün öncə Sumqayıt şəhər Təhsil Şöbəsinə müraciət etdik və bizə bildirildi ki, Sumqayıt şəhərində fəaliyyət göstərən bütün tədris mərkəzlərində tibbi xidmət məntəqəsi fəaliyyət göstərir. Tibbi xidmət 45 məktəbdə məktəbə təyin olunan tibb işçiləri tərəfindən; 3 məktəbdə yaşayış ərazisindəki tibb məntəqəsinin işçiləri tərəfindən; 1 məktəbdə isə digər yaşayış ərazisindəki tibb məntəqəsinin işçiləri tərəfindən həyata keçirilir.

Ümumilikdə isə tibb məntəqələri səhiyyə şöbəsinin tabeliyindədir. Məktəblərdə tibb məntəqələrini lazımi inventarlarla Təhsil Nazirliyi və Səhiyyə təmin edir.

Xeberle.com-un məsələ ilə bağlı sorğusuna Sumqayıt şəhər Səhiyyə Şöbəsindən verilən cavabda isə qeyd olunur ki, təhsil müəssisələrində fəaliyyət göstərən tibb kabinetlərində səhiyyə şöbəsinin əməkdaşları fəaliyyət göstərir. Məntəqələrin xidməti ilkin tibbi yardım göstərməkdən ibarətdir və şagirdlərdə hər hansı bir narahatlıq aşkar olunarsa, valideynlərinə poliklinikalarda ümumi müayinədən keçmələri barədə məlumat verilir.
 
шаблоны для dle 11.2

© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.