Xəzərdə güclü partlayış - Ölən və yaralananlar var / VİDEO -

11-06-2019, 13:00            35 dəfə baxılıb

Rusiyanın Mahaçqala limanındakı tankerdə güclü partlayış baş verib.

Redaktor.az İnterfaks agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi məlumat yayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində azı 2 nəfər həyatını itirib. Bir neçə nəfərin yaralandığı bildirilir.

Onlardan bəzilərinin vəziyyəti ağırdır. Yaralılar xəstəxanalara yerləşdirilib.

Partlayış tankerdən neftin nəqli zamanı qeydə alınıb. Hadisənin səbəbləri araşdırılır.

шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.