Ermənistan İranla Naxçıvan sərhəddində birgə təlimlərə hazırlaşır -

10-06-2019, 17:42            132 dəfə baxılıb
Türkiyə və Azərbaycanın Naxçıvanda keçirdiyi hərbi təlimlərə Ermənistan-İran birgə təlimləri ilə cavab vermək lazımdır.

Virtualaz.org xəbər verir ki, bu ideya ilə erməni politoloq Sergey Şakaryans Yerevanda keçirdiyi mətbuat konfransında çıxış edib.
"Sarsılmaz qardaşlıq-2019” hərbi təlimləri iyunun 7-dən başlayıb və sabah iyunun 11-də yekunlaşacaq. Təlimlərin döyüş atışlı mərhələsini izləmək üçün müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Naxçıvana gedib.Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə təlimləri, ümumiyyətlə bu muxtar respublikada dislokasiya olunmuş Əlahiddə Ümumqoşun Ordunun döyüş imkanlarının son illər ciddi ölçülərdə artması, ən müasir silah-texnika ilə təchiz edilməsi Ermənistan siyasi dairələrində təşvişlə izlənir. Və artıq birinci dəfə deyil ki, erməni ekspertlər və siyasətçilər Naxçıvanda baş verənlərə görə həyacanlı açıqlamalar verirlər.

Şakaryants da bu sıradadır və o hesab edir ki, təlimlərin başa çatmasından sonra Türkiyə ordusunun bölmələrindən birinin Naxçıvanda qalması istisna deyil. Onun fikrincə, Azərbaycan-Türkiyə hərbi təlimlərinə Naxçıvanın hər iki tərəfində Ermənistan-İran birgə hərbi manevrləri ilə cavab vermək lazımdır. "Amma hökumət çətin ki, bu addıma getsin”,-Şakaryants bu sərsəm ideyasının real olmadığını dərhal etiraf edib.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.