Moskvada xüsusi təyinatlının ölümü ilə bağlı daha bir erməni həbs olundu -

10-06-2019, 15:22            102 dəfə baxılıb
Moskva məhkəməsi Baş Kəşfiyyat İdarəsinin keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin ölümü ilə nəticələnmiş davanın iddia olunan səkkizinci iştirakçısı barədə iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bu barədə TASS Krasnoqorsk şəhər məhkəməsinə istinadən məlumat yayıb.

“Krasnoqorsk şəhər məhkəməsinin qətnaməsinə əsasən, şübhəli Hamlet Romikoviç Ayrapetyan barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun vəsatəti təmin edilib”, - deyə məhkəmədən bildiriblər.

Ona qarşı RF Cinayət Məcəlləsinin 213-cü maddəsinin ikinci hissəsi üzrə (qabaqcadan əlbir olma yolu ilə bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq) cinayət işi açılıb.

Qeyd edək ki, bundan əvvəl, ötən həftə sözügedən işlə bağlı yeddi nəfər həbs olunmuşdu. Onlardan biri – Sergey Xocanyan Belyankini qətlə yetirməkdə, qalanları isə xuliqanlıqda təqsirləndirilir.

Bundan əvvəl İstintaq Komitəsi kütləvi davada 10-a yaxın insanın iştirak etdiyini bildirirdi.

24 yaşlı Nikita Belyankin Krasnoqorsk rayonunun Putilkovo kəndində yerləşən pivəxanada düşən kütləvi dava zamanı öldürülüb. Keçmiş xüsusi təyinatlı kütlənin ayaqlar altına aldığı iki kişini müdafiə etməyə çalışıb və bu zaman döş nahiyəsindən ölümcül bıçaq zərbəsi alıb.(oxu.az)
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.