Müxalifət Maduronu devirməyə kömək istəyib -

7-06-2019, 11:19            112 dəfə baxılıb

Amerika ölkələrinin regional bloku beynəlxalq ictimaiyyəti Venesuelanın Rusiya daxil müttəfiqlərinə təzyiqi artırmağa, Cənubi Amerikanın bu ölkəsində artan böhranı həll etməyə, “qanunsuz” hökuməti devirməyə kömək istəyib. Lima Qrupu iyunun 6-da bəyanat verib.

Qrup “Nicolas Maduro-nun qanunsuz rejimini hələ də dəstəkləyən ölkələrlə, özəlliklə Rusiya, Çin, Kuba və Türkiyəylə münasibətləri dərinləşdirməyin vacibliyini” vurğulayır, onları regiona getdikcə daha çox təsir göstərən böhranın həllində iştiraka çağırıb.
Lima Qrupu 2017-ci ildə yaradılıb, məqsədi Maduronun idarəçiliyi dövründə Venesuelada yaranmış böhranı həll etməkdir.
Bəyanatı Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta Rika, Qvatemala, Honduras, Panama, Paraqvay və Peru imzalayıb.
Qrup Venesuelanın Milli Assamıbeyasına qarşı “sistematik hücumlar”ı pisləyir. Assambleyanın bir neçə üzvünə qarşı vətənə xəyanət ittihamı irəli sürülüb.
Müxalifət lideri Juan Guaido yanvarda özünü aralıq dövr prezidenti elan edib. Birləşmiş Ştatlar daxil 50-dək ölkə onu tanıyıb və Maduro hökumətinin devrilməsini istəyir.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.