Azərbaycan güləşçisi Avropa çempionatında ikinci olub -

6-06-2019, 12:51            102 dəfə baxılıb

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.
ONA-nın məlumatına görə, komandamızın heyətində Əsgər Əlizadə fəxri kürsüyə yüksəlib.
60 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz ikinci yeri tutub. O, ilk qarşılaşmada Rumıniya idmançısını elə ilk hissədə məğlub edib. Növbəti görüşdə Rusiyanı təmsil edən həmyerlimizə qalib gələn Əsgər yarımfinala yüksəlib. Əlizadə bolqar rəqibini isə "tuşe" ilə yenərək, adını Pontevedrada finala yazdıran ilk güləşçimiz olub.
Yığmamızın üzvü həlledici qarşılaşmada Dieqo Çxikvadze (Gürcüstan) ilə üz-üzə gəlib və rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib. Qeyd edək ki, ondan öncə Zaur Əliyev (55 kq) bürünc medal qazanıb.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.