Rektor yaz imtahan sessiyasının gedişini izlədi -

3-06-2019, 14:43            161 dəfə baxılıb


İyunun 3-də Sumqayıt Dövlət Universitetində rektor professor Elxan Hüseynov, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov, Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev,İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev, Tədris Metodik Mərkəzin direktoru dosent İsabal Qurbanov və fakültə dekanları Tarix və coğrafiya, Riyaziyyat, Mühəndislik, Filologiya fakültələrində imtahan prosesini izlədilər və universitetdə yaz imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə etdilər. Rektor imtahan prosesinin gedişi ilə əlaqədar tələbələrin fikirlərini və onları maraqlandıran sualları dinlədi, sessiya ərzində tələbələrin biliklərinin əsas göstəricisi olan imtahanların şəffaf və obyektiv aparılması üçün Qərargah, Qaynar xətt, eləcə də imtahanlarla bağlı hər hansı narazılığı araşdırmaq üçün apelyasiya komissiyasının fəaliyyət göstərdiyini bildirdi.
Tələbələr imtahanların yüksək səviyyədə keçdiyini və lazımi şəraitin olduğunu vurğuladılar. Bildirdilər ki, sualların hamısı keçdikləri mövzuları əhatə edir və yaradılan obyektiv şəraitə görə təşəkkür etdilər.
Qeyd edək ki, yaz sessiyasında imtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda bəzi fənlər üzrə imtahanlar şifahi-dialoq və ya test formasında aparılacaq. Sessiyanın gedişini SDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri izləyəcəklər.




шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.