"Kuboku qazanıb, stadiondan çıxmalıyıq" - "Arsenal"ın futbolçusu -

29-05-2019, 17:01            87 dəfə baxılıb

İngiltərənin "Arsenal" komandasının zədəli futbolçusu Aaron Remzi Avropa Liqasının finalında "Çelsi" ilə oyunundan öncə azarkeşlərə müraciət edib.
Sonxeber.az-ın London təmsilçisinin rəsmi "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, 27 yaşlı yarımmüdafiəçi həlledici qarşılaşmaya çıxmaq üçün uzun yol keçdiklərini bildirib.
Uelsli oyunçu deyib ki, komanda üzvləri bir-biriləri üçün kuboka görə döyüşməlidirlər: "Qələbə qazanmaq üçün meydanda hər şeyi etməliyik. Kuboku qazanıb, stadiondan çıxmalıyıq. Bakıda olan bütün azarkeşlərimizi axşam areanada görmək istəyirəm. İrəli!"
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlayacaq. Aaron Remzi zədə səbəbindən həlledici qarşılaşmada iştirak etməsə də, Bakıdadır. O, yeni mövsümdən etibarən İtaliyanın "Yuventus" klubunda çıxış edəcək.//Report.azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.