Millimizin üzvü İspaniyanın “Levante” komandası ilə müqaviləsini yeniləyib -

25-05-2019, 15:50            164 dəfə baxılıb

Futzal üzrə Azərbaycan milli komandasının müdafiəçisi Everton Kardoso İspaniyanın “Levante” klubu ilə müqaviləsini yeniləyib.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a bildiriblər ki, millimizin üzvü daha 1 il İspaniya klubunda çıxış edəcək.
Ötən ilin yayında bu komandaya keçən Kardoso ilə müqavilə mayadək idi. Gəldiyi gündən komandanın əsas simasına çevrilən müdafiəçinin qalması üçün ona yeni anlaşma təqdim olunub. Nəticədə razılıq əldə olunub və Kardoso 2019-2020-ci il mövsümünü də “Levante”də keçirəcək.
Qeyd edək ki, 2016-cı ildən Azərbaycan milli komandasına cəlb edilən futzalçı 2016-2018-ci illərdə “Araz” klubunun üzvü olub.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.