Fransalı rejissorun çəkdiyi film “Cinefondation” film müsabiqəsində əsas mükafata layiq görülüb -

24-05-2019, 12:29            105 dəfə baxılıb

Fransalı rejissor Luiz Kurvuazyenin çəkdiyi “Əl ələ” (Mano a mano) filmi 72-ci Kann kinofestivalının tələbələr üçün “Cinefondation” filmləri konkursunda əsas mükafata layiq görülüb.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə müsabiqənin münsiflər heyətinin rəhbəri Kler Deni bildirib.
23 dəqiqəlik kinolentdə sirk akrobatları Ebbi və Lukun başlarına gələn hadisələrdən danışılır. Onlar şəhərləri dolaşaraq bir çox problemlərlə üzləşirlər.
“Cinefondation” müsabiqəsindəki ikinci mükafatı amerikalı rejissor Riçard Van “İşarə” (Hieu) filminə görə qazanıb. Film Amerika-Vyetnam ailəsinin həyatından bəhs edir.
Tələbələrin kino müsabiqəsində 3-cü yeri isə fələstinli Vizam Al Cafari (Atmosfer) və Polşa təmsilçisi Barbara Rupik (Duşeçka) bölüşüblər.
K.Deni bütün rejissorlara təşəkkürünü bildirərək onlara yaradıcılıq uğurları arzulayıb. “Biz sizin filmlərinizə baxmaqdan çox razı qaldıq. Bütün işlər çox maraqlı və layiqlidir”, - deyə K.Deni bildirib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.