Azərbaycanda tələbələr qəzaya düşdü: Ölənlər var - FOTO -

23-05-2019, 10:16            198 dəfə baxılıb
Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

Aim.az ONA-ya istinadla xəbər verir ki, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.Bildirilir ki, Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən "Mercedes" markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində, ilkin məlumata görə, adı hələlik dəqiqləşdirilməmiş oğlan sərnişin yerindəcə dünyasını dəyişib. Əlavə olaraq 7 yaralı Yevlax, 3 yaralı isə Mingəçevir xəstəxanasına aparılıb.

Qəzaya düşənlərin əsaəsn Mingəçevirdə təhsil alan yevlaxlı tələbələr olduğu deyilir.
Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində "Mercedes" markalı mikroavtobusun aşması nəticəsində daha bir nəfər xəstəxanada dünyasını dəyişib. Mingəçevir xəstəxanasına çatdırılan yaralılardan gənc bir qız və oğlan orada keçinib.
Ümumilikdə isə qəza nəticəsində bir nəfərin hadisə yerində dünyasını dəyişdiyi, daha 7 nəfərin yaralı halda Yevlax xəstəxanasına, 3 nəfərinsə Mingəçevir xəstəxanasına çatdırıldığı məlumdur. 
шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.