Uşaq bağçasında yanğınla bağlı RƏSMİ AÇIQLAMA -

22-05-2019, 16:22            137 dəfə baxılıb

Sumqayıt şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb, qalan hissəsi qarsalanıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.