Fuad Abbasovla bağlı sensasion iddia: Hakimiyyətin... -

21-05-2019, 17:47            122 dəfə baxılıb
Mühacir jurnalist Fikrət Hüseynli Rusiyada həbs olunan həmkarı fuad Abbasovla bağlı sensasion xəbər paylaşıb.

Aim.az xəbər verir ki, o, bu haqda Rusiyadakı mənbələrdən məlumat aldığını deyib.
F. Hüseynli bildirib ki, Fuad Abbasov Qurban Məmmədovun güdazına gedib: "Qurban Məmmədovun Azerifreedom kanalına yardım kampaniyasına qoşulduğu üçün Fuad Abbasov hakimiyyətin qəzəbinə gəlib. 

Frenk Elkoponinin də ona acığı tutması bununla bağlı imiş. Ümumiyyətlə, Azerifreedoma yardım kampaniyası və Rusiyadan Londona pulların göndərilməsi Moskva polisinin də diqqətindən yayınmayıb. Yəni, Fuad Abbasov Qurban Məmmədovun güdazına gedib və müdafiəsiz qalıb. Bəlkə də bu oyunda həll edici fiqurlardan biri Qurban olub”.(yenisabah)шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.