Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı? - VİDEO -

18-05-2019, 21:09            84 dəfə baxılıb

(BŞBPİ) nəqliyyat vasitələrinin cinayətkar qəsdlərdən mühafizəsi istiqamətində lentə alınmış maarifləndirici videoçarxı təqdim edib.

İdarənin Mətbuat xidmətindən "Report"a bildirilib ki, hər bir insan diqqətli və məsuliyyətli olmalıdır, əmlak – nəqliyyat vasitələrini cinayətkar qəsdlərdən mühafizəsinə həssas yanaşmalıdır.

Avtomobilləri parklayarkən, qısa müddətdə tərk edərkən, salonda nəzarətsiz qalan qiymətli əşyalar kriminala meyilli şəxslərin diqqətindən yayınmır.

Paytaxtda nəqliyyat vasitələrindən qeydə alınan talamalar – oğurluqlar açıq qapıdan, açıq pəncərədən daxil olmaqla da törədilməsi müşahidə olunur. Viktimoloji vəziyyəti nəzərə alaraq, polis sosial-maarifləndirici qisametrajlı film vasitəsilə cəmiyyətə müraciət edir, "Məsuliyyət hər kəsin təhlükəsizliyidir – İlk növbədə Sənin: Əmlakınıza etinasız yanaşmayın!” şüarı ilə cəmiyyəti diqqətli və məsuliyyətli olmağa səsləyir.

Çəkliş Bakı şəhər Baş Polis İdarəsinin sifarişi əsasında prodakşn studiyası tərəfindən aparılıb. Qisametrajlı filmin ssenari müəllifi polis mayoru Elşad Hacıyev, qurluşçu rejisoru Rövşən Nicat, operatoru Emin Hüseynovdur.

шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.