“Atəşgah məbədi” “Art festival”a hazırlaşır -

17-05-2019, 18:15            232 dəfə baxılıb

Mayın 18-də “Atashgah Art Centre”nin təşkilatçılığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda “Art festival” keçiriləcək.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə keçirilən festivalda qədim xalq-sənət növləri - xalçaçılıq, dulusçuluq, armudu stəkanların üzərində milli ornamentlərin çəkilişi nümayiş olunacaq.
Həmçinin festivalın stendlərində gənc rəssamların yağlı boya ilə çəkilmiş rəsm əsərləri sərgilənəcək. Tədbirin məqsədi xalq sənətini turistlərə tanıtmaq və sənətkarlığın inkişafına dəstək göstərməkdir.
Festivalda yerli sənətkarların əl işlərindən ibarət xalq sənət yarmarkası da təşkil olunacaq.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.