ABŞ konqresi Ankaraya qarşı qətnamə qəbul etdi -

16-05-2019, 13:37            202 dəfə baxılıb

ABŞ Konqresi Türkiyəni Rusiyanın "S-400" zenit-raket komplekslərini almasından daşındırmaq üçün Ankaraya yeni təzyiqlər göstərməyə hazırlaşır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Nümayəndələr Palatasından olan demokratlar və respublikaçı konqresmenlər Ankaranı Moskva ilə sövdələşmədən imtina etməyə çağırıb.
Qəbul olunmuş tövsiyə xarakterli qətnamədə, Nümayəndələr Palatasının üzvləri Rəcəb Tayyip Ərdoğanı ABŞ-Türkiyə tərəfdaşlığına və Türkiyənin NATO-dakı roluna ziyan vura biləcək hərbi əməkdaşlığa (Moskva ilə - red.) son qoymağa səsləyib.
Bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Türkiyənin Rusiya ilə əməkdaşlığı qurban verməyəcəyini və zenit-raket komplekslərinin ölkəyə gətirilməsini ertələmək fikrində olmadıqlarını bildirib.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.