Şort geyinmək qadağan edildi -

16-05-2019, 12:20            98 dəfə baxılıb

İraqın Kərkük şəhərində Ramazan ayı boyunca kişilərin şort geyinməsi qadağan edildi.

Kərkük polisinin qəbul etdiyi bu qərarı pozan 20 nəfər artıq saxlanılıb.
Polis, həmçinin saat 19:00-dan 05:00-dək şəhərdə motosiklet istifadəsini də qadağan edib.
Şəhər Polis İdarəsinin müdiri Əli Kamal Abdürrazik ailələrin etirazından sonra ictimai yerlərdə belə qadağaların tətbiqinin gündəmə gəldiyini deyib.
“Vətəndaşlar şort geyinən gənclərin insanları narahat etdiyini. Ənənələrdən uzaq bu geyimin ictimai yerlərdə çirkin görüntü yaratması ilə bağlı şikayət edirlər. Biz də həmin şikayətləri nəzərə alaraq belə qərar qəbul etdik”.
Saxlanılan şəxslərə hansı cəzanın veriləcəyi bilinmir.(publika.az)шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.