“Mən jurnalistlərə qıcıq oluram” - Təqaüdə göndərilən Ənvər Seyidovdan ƏCAİB AÇIQLAMA -

15-05-2019, 16:44            60 dəfə baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış, həm də bir sıra qalmaqallı proseslərdə adı keçən hakimi Ənvər Seyidov 70 yaşı tamam olduğu üçün təqaüdə göndərilib.

Modern.az-ın əməkdaşı 1972-ci ildən Ədliyyə Nazirliyi sistemində çalışan Ə.Seyidovun bundan sonrakı fəaliyyətilə bağlı suallara aydınlıq gətirməsi üçün onunla əlaqə saxlayıb.

Ə.Seyidov geniş danışmaq istəmədiyini vurğulayıb:

“Kifayət qədər işləmişəm, indi dincəlmək vaxtıdır. Hazırda bağda dincəlirəm”.

Tanınmış hakim 70 illiyilə bağlı filmə çəkildiyini vurğulayaraq, yazılı mətbuata açıqlama verməkdə maraqlı olmadığını da dilə gətirib:
“Mən jurnalistlərə, açıqlamalara qıcıq oluram. Artıq açıqlamanın, bağlamanın vaxtı keçib. Xahiş edirəm bundan sonra məni narahat etməyin. Barəmdə nəsə yazılmasını istəmirəm. Şərt deyil ki, qəzetdə də mənim barəmdə yazı çıxsın, televiziyada 70 illiyimlə bağlı film çəkilir. Bu, mənim bəsimdir”.

Ə.Seyidov 1972-ci ildə Ədliyyə Nazirliyi sisteminə gəlməklə, bir sıra vəzifələrdə, o cümlədən Respublik VVA Arxivinin müdiri, Notariat və VVA İdarəsinin baş məsləhətçisi, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad rayon Məhkəməsinin sədri, Ali Məhkəmənin üzvü və Həmkarlar Komitəsinin sədri vəzifələrini tutub.

1994-99-cu illərdə Mərkəzi Seçki Kommisiyasının üzvü, təftiş qurupunun rəhbəri olub.

"Azərbaycan Respublikasında beynəlxalq normaların tətbiqi" (2003), "Konstitusiya və hüququn əsasları", "Hüququn əsasları" (2008), "Heydər Əliyev və Azərbaycan Konstitusiyası" (2008), “Cinayət prosesində insan hüquqlarının təminatı məsələləri: Beynəlxalq standartlar və dövlətdaxili qanunvericilik” (2012) kitablarının müəllifidir.

Ənvər Seyidov hakimliklə yanaşı, həm də bədii yaradıcılıqla məşğuldur. Belə ki, o, bir sıra romanların müəllifidir. 
Ə.Seyidov “Azərbaycan Teatr Xadimləri İttifaqı”nın, “Azərbaycan Jurnalistlər Birliyi”nin, “Azərbaycan Yazıçılar Birliyi”nin üzvüdür.

Ə.Seyidov "Qızıl Qələm", "Qızıl Qılınc" və Rəsul Rza adına mükafatlara layiq görülüb. Onun "Təlatüm", "Gürzə", “Ünvansız eşq” və “Dələduzlar” romanları əsasında bədii televiziya filmləri çəkilib. “Tale yolları”, “Həyat duyğuları” əsərlərinin də müəllifidir. 

Ə.Seyidov həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının üzvüdür. Hərbi rütbəsi polkovnik, birinci ixtisas dərəcəli hakim, hüquq elmləri doktoru, professordur.
 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.