"Ölkədə inflyasiya müxalifətin iddia etdiyi dərəcədə deyil" - Baş nazirin müavini -

15-05-2019, 15:27            142 dəfə baxılıb

Azərbaycanda inflyasiya birrəqəmli səviyyədədir və ölkədə inflyasiya müxalifətin iddia etdiyi dərəcədə deyil. ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, yaz və yay mövsümünün başlanması ilə əlaqədar olaraq ərzaq sahəsində qiymətlərin aşağı düşməsi müşahidə olunur və bu bundan sonra da davam edəcək.

Azərbaycana idxalın artması məsələsinə toxunan baş nazirin müavini bildirib ki, əgər ölkəyə idxal artırsa, deməli ölkədə insanların alıcılıq qabiliyyəti artıb.
 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.