ABŞ bütün diplomatlarını İraqdan çıxarır -

15-05-2019, 12:47            62 dəfə baxılıb

ABŞ əməliyyat xidməti ilə əlaqədar olmayan bütün hökumət məmurlarını, Bağdaddakı səfirliyin və Ərbildəki konsulluğun diplomatik heyətini İraqdan çıxarır.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı ABŞ-ın İraqdakı səfirliyi yayıb.

“Dövlət Departameni fövqəladə vəziyyətlə əlaqədar olmayan bütün dövlət qulluqçularının Bağdaddakı səfirlikdən və Ərbildəki konsulluqdan çıxarılması barədə göstəriş verib”, - deyə səfirliyin rəsmi açıqlamasında vurğulanıb.

Müvəqqəti olaraq standart viza xidməti də dayandırlıb.

Qeyd edək ki, ABŞ-ın əməkdaşlarının sayına və ərazisinə görə ən böyük səfirliyi Bağdadda yerləşir. шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.