Dövlət Teatr Muzeyində “Mədəniyyətimizin keşiyində “ adlı fotosərgi açılıb -

13-05-2019, 15:12            61 dəfə baxılıb

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Mədəniyyətimizin keşiyində” adlı səyyar fotosərgi açılıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Muzey Mərkəzi binasının foyesində açılan sərgidə dahi şəxsiyyətin Azərbaycan teatrına diqqət və qayğısını, tamaşalardan sonra yaradıcı heyətlə görüşlərini, mədəniyyətin inkişafında böyük xidmətlər göstərmiş sənət adamlarının dövlət tərəfindən mükafatlandırma mərasimini əks etdirən maraqlı fotolar nümayiş olunub.
Sərgi 4 gün davam edib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.