Energetika naziri və müavinləri cənub bölgəsində vətəndaşları qəbul edəcəklər -

13-05-2019, 10:33            120 dəfə baxılıb

Energetika naziri Pərviz Şahbazov mayın 27-də Lənkəran şəhərində Lənkəran və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə “Report”a Energetika Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, vətəndaşların qəbulu saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialının inzibati binasında (Ünvan: Lənkəran şəhəri, Ləvəngi ərazisi, Girdəni kənd yolunun 500 metrliyi) keçiriləcək.
Mayın 27-də həmçinin Energetika nazirinin müavini Samir Vəliyev Masallı şəhərində Masallı və Yardımlı rayonunun sakinləri ilə, nazir müavini Elnur Soltanov isə Lerik şəhərində yerli sakinlərlə görüşəcək.
Vətəndaşların qəbulu saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı şəhəri, Qarabağ küçəsi 17), saat 11:00-da isə Lerik rayon Mədəniyyət Mərkəzində (Lerik şəhəri, A.Əsədullayev küçəsi 22) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs Ağalar Əliyev, əlaqə telefonları: (025) 254-81-20, (050) 240-96-35, elektron poçt ünvanı: lankaran@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.