Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova 5 SUAL - GİLEY -

7-05-2019, 12:18            179 dəfə baxılıb

Rubrika.az saytına müraciət edən Habil Bayramov Dövlət Miqrasiya Xidmətində baş verən qanunsuzluqlar barəsində məlumat verir. Şikayətçinin bildirdiyinə görə Xidmətin rəhbərliyi bilavasitə özlərinin qorumalı olduqları qanunları pozaraq dövlətin imicinə ağır zərbə vurur.

Şikayətçi bildirir ki, bir müddət əvvəl Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova onun baş köməkçisi Emin Bağırovun Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı Rusiya Federasiyasının da vətəndaşı olduğu barədə məlumat xarakterli müraciət ünvanladım. Lakin verdiyi məlumatın müqabilində təşəkkür gözləyən, dövlət təhlükəsizliyimiz üçün olduqca əhəmiyyətli informasiyanın dərhal araşdırılıb tədbir görüləcəyini düşünən H.Bayramova “çox sağ ol”u başqa formada təklif ediblər. Şikayətçi bildirir ki, Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov məlumatı ictimailəşdirməmək üçün özünün “sağ əli” sayılan Füzuli Cəbrayıllı vasitəsilə pul təklif edib.

1. Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə,şəxsən cənab Vüsal Hüseynova baş köməkçisi Emin Bağırovun ikili vətəndaşlığı olması məlum olubmu? Əgər belə bir məlumat əvvəlcədən mövcud olubsa, belə qanunsuzluğa necə imza atılıb?

2. Emin Bağırovun ikili vətəndaşlığı olması barədə məlumat verəndən sonra Habil Bayramova nə üçün pul təklif olunub və məsələnin ictimailəşməməsi üçün Xidmət rəhbərliyini belə çaba sərf etməkdə marağı nədən ibarətdir?

Şikayətçi bildirir ki, etika naminə ikili vətəndaşlıqla mübarizə aparan hüquq-mühafizə orqanın rəhbərinin baş köməkçisinin özünün ikili vətəndaşlığı olduğu və bunu hamıdan gizlətdiyi barədə məlumatı ilk öncə Vüsal bəyə ünvanlamışdım, lakin onlar üçün şəxsi maraqlarının dövlətin maraqlarından üstün olduğunu gördükdə məcbur qalıb məsələ ilə əlaqədar digər orqanlara müraciət etdim. Digər orqanlara müraciətimdən sonra Vüsal Hüseynov məsələnin artıq onun nəzarətindən çıxdığını görərək, ictimaiyyət qarşısında özü üçün formalaşdırdığı müasir, şəffaf idarəedici rəhbər obrazına yaraşmayan üsullarla özünü müdafiə etmək mövqeyini seçdi. Belə ki, o, 03.04.2019-cu il tarixli 174 nömrəli əmri ilə Emin Bağırovu öz ərizəsinə əsasən, könüllü olaraq tutduğu vəzifədən azad etdi və bundan sonra Emin Bağırova baş köməkçi kimi vəzifəsini ştatdan kənar, mülki formada davam etdirməsinə dair göstəriş verdi.

3. Vəzifəsindən azad olunan,lakin Miqrasiya Xidmətində qeyri-rəsmi çalışan xidmət rəisinin köməkçisi Rusiya Federasiyasının vətəndaşı Emin Bağırova (RF pasportunun nömrəsi: 4512965718) maaş hansı hesabdan ödənilir və həmin hesaba vəsait hansı yolla daxil olur?

4. Əgər rəisə ünvanlanan məlumat yalan idisə, o zaman Emin Bağırov niyə vəzifəsindən azad edilib? Məlumat doğrudursa nədən qanunsuzluğa imza atılaraq onun Xidmətdə qeyri-qanuni üsullarla işləməsinə şərait yaradılır?

Şikayətçi bildirir ki, Miqrasiya Xidmətinin rəhbərliyi özünü sığortalamaq üçün belə bir addım atıb. Dövlət qanunlarını tapdalayan, təhlükəsizliyimiz üçün təhdid hesab olunan belə bir faktı gizlətmək əslində dövlətə qarşı atılan addım hesab olunmalıdır. Hətta maraqlı orasıdır ki, Emin Bağırov ətrafındakı şəxslərə yaxın günlərdə xidmət rəisinin onu yenidən əvvəlki vəzifəsinə qaytaracağını söyləyir.

5. Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun dövlət təhlükəsizliyimizə təhdid hesab olunan belə bir hadisəni gizlətməsi və hələ də qeyri-rəsmi yollarla Emin Bağırovu vəzifədə saxlaması hansı zərurətdən yaranıb ?

Rubrika.azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.