Mədəniyyət Nazirliyi qədim tarixi abidəni niyə qorumur - alimdən narahatlıq dolu müraciət -

3-05-2019, 14:43            256 dəfə baxılıb

Dosent Zaur Əliyev Gəncə yaxınlığında yerləşən və qorunmayan bir tarixi abidə ilə bağlı sosial şəbəkədə müraciət yayıb. Gundeminfo.az-ın xəbərinə görə, alim yazıb ki, abidə baxımsız halda tərk edilib, heç bir qorunan abidə siyahısına salınmayıb. Və abidə ilə bağlı tarixi faktları sadalayıb. Gundeminfo.az Zaur Əliyevin yazısını təqdim edir:

Azərbaycanda bir çox abidələr var ki, onlara qayğı göstərmilər. Tarixi abidələri gözdən kənar saxlayırlar və onların zamanla xarabalığa çevrilməsini görməzdən gəlirlər. Belə tarixi abidələrdən biri də qədim Gəncəmizin Ağkənd ərazisində yerləşən, tarixi mənbələrdə adının Səlim karvansarası, el arasında isə Şah Abbas karvansarası adlanırdığı tarixi memarlıq tikilisdir.

Azərbaycan böyük ipək yolunun üstündə olan əsas coğrafiyalardan biri olub. Məlumdur ki, böyük yollar üzərində səyahət və ticarət edənlər üçün müasir dildə otel-qədim dildə isə Karvansara adlandırdığımız tikilər olurdu. Azərbaycanda isə İlk karvansaralar 5-6 min il əvvəl inşa olunmağa başlayıb. Tarixi mənbələrə görə, karvansaraların Azərbaycanın qədim və iri ticarət mərkəzlərində – Bakıda, Gəncədə, Şəkidə, Abşeron yarımadasında və başqa yerlərdə hələ orta əsrlərdən əvvəl fəaliyyət göstərib. Tarixi mənbələr bölgədə ilk karvansaraların e.ə. 6-3 minillikdə, yəni 5-6 min il əvvəl inşa olunduğu barədə xəbər verir.
Bu gün bu cürə tarixə malik olan Azərbaycanın qədim karvansarlarından biri olan Səlim karvansarası diqqətdən kənar qalıb və turistik yer olaraq heç bir siyahıya belə alınmayıb. Fotodan da görünür ki, Karvansara nə gündədir.
Məlumat üçün qeyd edim ki, Karvansaranın yaxınlığında yerləşən Ağkənd kəndində 1918-ci ilə qədər azərbaycanlılar yaşamışlar.

Mədəniyyət Nazirliyi qədim tarixi abidəni niyə qorumur - alimdən narahatlıq dolu müraciət
Bu kəndə ilk ermənilər yalnız 1923-1925-ci illərdə köçürülüb gətirilmişlər. Bura köçən kimi ermənilər karvansaranı "özünükləşdirib" və uydurma bir iddia ilə çıxış ediblər ki, guya r bu abidənin “erməni knyazı” Çesare Orbelyan dövründə inşa edilib və ora erməni abidəsidir.
Lakin mənbələr və ən əsası Karvansaranın giriş qapısının üst hissəsində yarımdairə şəklində ərəb əlifbası ilə yazılar sübut edir ki, tikili Əbu Səid Xan Bahadur (Çingiz xanın nəslindən olan və 1316-1335-ci illərdə Elxani dövlətinin taxtında əyləşmiş sərkərdə) tərəfindən 1328-1329-cu illərdə tikilmişdir. Və bizim tarixi bir abidəmiz bu gün bax belə formada, qayğısız, diqqətsiz formada yaşamaqda davam edir. Axı nə qədər olar? Bizim yüzlərlə belə abidəmiz var ki, onu qoruya bilmirik. Məgər çox böyük xərc tələb edilir ki, onun ətrafında təmir aparıb, kiçik bir park salmaq və oranı hasarlayıb abidəni qorumaq? Niyə və nə qədər biz sahib çıxmadıqlarımıza ermənilər, gürcülər sahib çıxacaq?

Gundeminfo.azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.