Türkiyə Rusiya istehsallı S-400 komplekslərini müvəqqəti Azərbaycanda saxlaya bilər -

16-04-2019, 14:53            243 dəfə baxılıb
Türkiyə Rusiya istehsallı S-400 zenit-raket komplekslərini müvəqqəti olaraq Azərbaycanda yerləşdirə bilər.

Aim.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə mətbuatına istinadən məlumat verir.

Həmçinin S-440 komplekslərinin müvəqqəti saxlamaq üçün Qətərə göndəriləcəyi istisna olunmur.

KİV yazır ki, Türkiyə hakimiyyətinin hansı ölkəni seçəcəyi hələ müəyyənləşməyib. Rəsmi Ankara bu məlumatı nə təsdiq, nə də təkzib edib.

KİV: Türkiyə hərbçiləri S-400 raketlərinə görə Azərbaycana gələcək
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini (ZRK) almazdan əvvəl hərbçilərinin müvafiq kurs keçməsini təşkil etmək istədiyi bildirilirdi. Bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir.
шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.