"Qəbələ"dən Monroz açıqlaması - "Üzr istəyirik" -

15-04-2019, 15:10            161 dəfə baxılıb

"Qəbələ"nin futbolçusu Stiven Monrozun səfərdə "Keşlə" ilə keçirdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçında ədəbsiz hərəkətə yol verməsinin səbəbi müəyyənləşib.
Aim.Az xəbər verir ki. bu barədə Sportnet.az-a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. Səfiyarlı bildirib ki, fransalı hücumçu dördüncü hakim Rövşən Rəcəbovun israrından sonra şortunu tam yuxarı qaldırıb: "Qaydalara əsasən, losin şortun rənginə uyğun olmalıdır. İndiyədək komandamız əksər oyunlara qara rəngli şortlarla çıxdığı üçün losin də qara olub. Amma bu dəfə səfər matçı olduğundan, ağ rəngli formada oynayırdıq. Monroz isə qara rəngli losin geyindiyindən, oyun vaxtı onu əynindən çıxarması tələb olunub. O da referinin tələbini yerinə yetirib, sadəcə, dəyişdirməyə macal tapmayıb. Meydana qayıtdığı vaxt dördüncü hakim ondan losini çıxarıb-çıxarmadığını soruşub. Monroz "çıxarmışam" desə də, Rəcəbov losini yığıb gizlətdiyini düşünərək, futbolçumuza qarşı israrlı davranıb. Nəticədə oyunçumuz şortunu tam yuxarı qaldırıb və bu da canlı yayıma düşüb".
Bununla belə, "Qəbələ" rəsmisi futbolçunun cəzalanacağını vurğulayıb: "İstənilən halda, Monrozun hərəkəti xoşagəlməz haldır və buna görə üzr istəyirik. Futbolçunun özü pul cəriməsinə məruz qalacaq".
Qeyd edək ki, görüş "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.