Lukaşenko: Ərdoğan mənə "qardaş" deyir -

15-04-2019, 14:02            48 dəfə baxılıb
Belarus Prezidenti Aleksandr Lukaşenko türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla etimada söykənən münasibətlərindən danışıb. 

Yeniavaz.com  "Anadolu" agentliyinə istinadla xəbər verir ki, A. Lukaşenko Türkiyə Prezidentini öz dostu adlandırdığını bildirib.  O deyib: "Mən Ərdoğana dostum deyirəm. Türkiyəli lider isə mənə "qardaş" deyə müraciət edir. Biz demək olar ki, yaxın, doğma insanlarıq. Bir-birimizi başa düşürük, bütün beynəlxaq platformalarda bir-birimizi dəstəkləyirik. Güclü və zəngin Türkiyə ilə çox vacib ölkə olan Belarus arasında çox yaxşı əlaqələr qururuq. Bizim əməkdaşlıq üçün heç bir qapalı mövzumuz yoxdur". 
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.