Yeni təqaüdlər nə vaxt veriləcək? – Gecikmələrlə bağlı açıqlama -

11-04-2019, 13:13            167 dəfə baxılıb

Yeni təyin olunmuş təqaüdlər bu ayın sonuna kimi veriləcək.
Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov yaranmış gecikmələrlə bağlı açıqlamasında bildirib.
“Bildiyiniz kimi, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə, onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları (o cümlədən, əmək pensiyası alanlar) üçün aprelin 1-dən Prezidentin aylıq təqaüdü təsis edilib.
Aprel ayı üzrə pensiyaların ödənişinə başlanılsa da, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslərə və müharibə veteranlarına pensiyalarla birgə yeni təsis olunmuş təqaüdlərin hələlik verilməməsi ilə bağlı narahatlığa əsas yoxdur.
Qeyd olunan təqaüdlər yeni təsis olunduqları üçün bu istiqamətdə texniki prosedurların həyata keçirilməsi müəyyən vaxt tələb edir.
Vətəndaşların diqqətinə çatdırırıq ki, onlar yeni təsis olunmuş təqaüdlərini elə aprel ayından alacaqlar. Yəni əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə, onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları (o cümlədən, əmək pensiyası alanlar) üçün yeni təyin olunmuş aylıq təqaüdlərin elə aprel ayından hesablanmaqla bu ayın sonunda verilməsi təmin olunacaq”, – o qeyd edib.(oxu.az)шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.