XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ABŞERON RAYONUNDA YAD EDİLDİ - FOTO - VIDEO -

25-02-2019, 18:17            92 dəfə baxılıb

Xocalı soyqırımının 27-ci ildönümü respublikamızın hər yerində olduğu kimi Abşeron rayonunda da silsilə tədbirlərlə anılmaqdadır. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, təhsil ocaqlarında faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilib. Faciənin dəhşətini gənc nəslə çatdırmaq üçün rayonun mədəniyyət müəssisələrində soyqırımının ildönümünə həsr olunmuş silsilə xatirə gecələri, foto və rəsm sərgiləri keçirilib, hadisə şahidləri ilə görüşlər təşkil olunub

Tədbirlər proqramının davamı olaraq bu gün Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət Mərkəzində keçirilən Xocalı soyqırımına həsr olunmuş anım mərasimində rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri iştirak ediblər.
İştirakçılar əvvəlcə mərkəzin foyesində təşkil olunmuş rəsm sərgisi ilə tanış olublar.
Tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Xocalı həqiqətlərindən bəhs edən videoçarx nümayiş olunub. Anım mərasimində Abşeron Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin ifasında Şükufə Musayevanın əsərinin motivləri əsasında hazırlanmış “Əsgər olacam” kompozisiyası təqdim edilib. Səhnə əsəri Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş uşaq, qadın, qocaların başına gətirilən müsibətləri, əhalinin faciəvi taleyi, ermənilərin vəhşilyi, şəhərin yer üzündən silinməsi, bu soyqrıma dünyanın göz yumması, nəhayət Xocalının azad olunması günün yaxınlaşmasından bəhs edilib.

шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.