Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər/VİDEO FOTO -

11-02-2019, 14:30            136 dəfə baxılıb
 Hər kəsə bəllidir ki,ölkəmiz qısa bir zamanda surətlə inkişaf etmişdir. Ötən illərdə Azərbaycan Respublikası dünyada nümayiş olunan bir sıra böyük lahiyyələrdən olan Eurovision,Avropa oyunları,Formula 1 və sair oyunlara ev sahibliyi etmişdir. Təbii ki,dövlətimizin bu nəaliyyətləri əldə etməsi,ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Gəlin görək Azərbaycanda hansı dövlət qrumunun rəhbərləri,rəhbərlik etdikləri müəssisə və idarələrdə nə kimi yeniliklər ediblər,yaxudda ediblərmi ? 

DogruXeber.az bildirir ki,son günlər səhiyyə və təhsildə böyük qanun pozuntularına rast gəlinir. Belə ki,redaksiyamıza müxtəlif sahələrdə məlumatlar daxil olmaqdadır. Məsələnin maraqlı tərəfi burasındadır ki,daxil olan məlumatlardan üçdə biri, ya təhsildə olan karrupsiya faktları barədədir, yada ki, səhiyyədə olan rüsvayedici karrupsiya görüntüləridir. Bəs görəsən bu cür xoşa gəlmiyən hadisələrin yaranmasına səbəb nədir? 

Nə üçün təhsil ocaqlarının rəhbər vəzifəsində çalışan müəssisə rəhbəri, qorxu bilmədən təhsil ocağına zidd olan rüşvət çirkabına bulaşır. Görəsən bunu etməyə aldığı aylıq əmək haqqının az olması məcbur edir yoxsa , vəzifəyə təyin olunanda hər hansı bir vəsait bahasına gəldiyi üçün bu çirkin yola əl atır ? Bu cür suallara cavab tapmaq elədə çətin deyil. Texnalogiyanın inkişaf etdiyi dövrdə gizli görülən işlərin tez bir zamanda aşkar olunduğunun şahidi oluruq. 

Elə bu səbəbdəndir ki,Səhiyyə və Təhsil ocaqlarında verilən və alınan rüşvət faktları məhz texnalogiyanın vasitəsi ilə qeydə alınır. Beləliklə də müəssisə və idarələrdə çirkaba bulaşmış rəhbər və onun kollektivi cəmiyyətə pis bir örnək olaraq nümunə olurlar. Təbii ki,bu cür hadisələrdən çox bəhs etmək olar, amma gəlin keçək əsas mövzumuza. Aşağıda sizlərə təqdim edəcəyimiz video kadrda,Azərbaycanda səhiyyənin hansı durumda olduğunu açıq aydın görəcəksiniz. “Avropa və MDB olkələrinə nümunə olan səhiyyəmiz”, xəstəxanalarda pullu xidmət göstərməyi bu cür xalqa aşılayır. Kadrda göründüyü kimi xəstə həkimə müayinə sənədlərini göstərir, həkim isə sənətin içində pul görmədikdə qanuni tələbi irəli sürüb analizlərini tələb edir. Xəstə isə bildirir ki,nəyə görə pul verəndə yazırsınız ,pul vermədikdə analiz tələb edirsiniz ? 

El arasında söz var deyərlər “burda qəribi ağlamaq tutdu” Həə bax gör səhiyyəmizin nümunəvi xəstəxana həkimi nə desə yaxşıdır ! Yüz (100) manat əmək haqqı alıram,dolanmaq olmur pulunuzu verin analizin cavabın yazım verim. İnd burada kimə bəraət qazandıraq xəstəyə yoxsa həkimə ? Bir sözlə desək ölkə qanunlarına zidd əməllərlə məşğul olan səhiyyə işçiləri düşünmürlər ki,texnalogiyanın inkişaf etdiyi vaxtda bu cür açıq aydın dövlət xəstəxanasında xəstələrlə pul davası etməzlər. Bəs görəsən səhiyyə sahəsində gedən bu cür acınacaqlı duruma nazir Oktay Şirəliyev nədən susur ? 

Qaradağ rayon Lökbatan qəsəbə sakinlərindən bir qrup sikayətçi, watsap nömrəmizə bir neçə video kadr və tibbi müayinədən keçmək üçün 2016-cı ilin qeydiyyat blankının foto səkillərini göndəriblər. Sikayətçilərin sözlərinə görə 08.02.2019-cu il 288 saylı tam orta məktəb şagirdlərin direktorunun göstərişinə əsasən tibbi müayinə üçün 4 saylı uşaq xəstəxanasına göndəriblər. Dəhşətli məqam burasındadır ki,məktəb tərəfindən şagirdlərə verilən müayinə vərəqəsi 2016-cı ilin qeydiyyat vərəqinin olmasındadır. Görəsən hansı səbəbdəndir ki,2019-cu il olduğu halda köhnə ilin qeydiyyat vərəqi ilə şagirdlər tibbi müayinədən keçməlidir?

Bəli bir sıra idarə və müəssisə rəhbərləri var ki,şəxsi maraqları hesabına idarə etdikləri müəssəni rüşvət gölünə qərq edirlər. Buna misal olaraq Qaradağ rayon Lökbatan qəsəbəsi 4 saylı uşaq xəstəxanasını göstərmək olar. Video kadrlarda açıq –aydın görünür ki,həkimlər çəkinmədən xəstədən pul tələb edir. Görünür xəstəxana rəhbəri, işçi kollektivinə müəyyən məbləğdə haqq ödəmələrini tələb edib ki, xəstəxana həkimləri də tibb ocağını “bazar” qaydalarıyla idarə edirlər. Rüşvət qarşılığında müayinədən keçirilməyən insanların gələcəkdə sağlamlıq baxımından hansı durumda olacaqlarını düşündükdə insanın tükləri biz-biz durur. Hansı sağlam cəmiyyətdən danışa bilərik ?
Səhiyyə sahəsində bu kimi bir çox acınacaqlı hadisələrin baş verməsinə tez-tez rast gəlmək olur. Bəs görəsən səhiyyə naziri Oktay Şirəliyev tibb ocaqlarında baş vermiş qanunsuzluqlara adekvat olaraq hansı qanuni tədbirlər görür. 





 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.