Abşeronda 38 çoxmənzilli binanın dam örtüyü yenilənib -

7-02-2019, 20:40            120 dəfə baxılıb
2018-ci ildə Xırdalan şəhərində  30  binanın  dam örtüyü, 14 binanın fasadı, 12 binanın pilləkən qəfəsəsi və kanalizasiya xətləri əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.  Bundan əlavə Ceyranbatan qəsəbəsində 8  çoxmənzilli    yaşayış binasının dam örtüyü, fasadı, pilləkən qəfəsəsi,  Mehdiabad qəsəbəsində 1 dördmərtəbəli, 7 girişli çoxmənzilli yaşayış binasının pilləkən qəfəsəsi təmir edilmişdir.

Ceyranbatan qəsəbəsində Təbrik küçəsi 1, 3 , 5 saylı  və Gündüz Abdullayev küçəsi  28 saylı çoxmənzilli yaşayış binalarının zirzəmilərinin kanalizasiya xətləri təmir edilmiş, binaların həyətində 360 metr uzunluğunda 300 mm diametrli borularla kanalizasiya boru xətti çəkilərək zirzəmilərin subasması ilə bağlı problem tamamilə aradan qaldırılmışdır. Bundan əlavə həmin əraziyə 3000 kv.m asfalt örtük verilərək nümunəvi məhəllə yaradılmışdır.



шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.