Soyğunçuluq və cibgirliklə məşğul olan şəxslər saxlanılıb-Video -

2-02-2019, 22:45            68 dəfə baxılıb
 
 
Sosial şəbəkədə tanış olduğu xanıma qarşı soyğunçuluq edib.
Xeberfakt.az bildirir ki, hadisə Abşeron rayonunun Xırdalan şəhərində baş verib.Belə ki, Abşeron rayon polis idarəsinə bir xanıma qarşı soyğunçuluq edilməsi barədə məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.İsti izlərlə hadisəni törədən Abşeron rayon sakini 28 yaşlı Anar Ağayev saxlanılıb.
Rayon polis əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri zamanı Novxanıdan Xırdalan istiqamətində hərəkətdə olan 535saylı marşrut xəttində sakinlərə qarşı cibgirlik edən Sumqayıt şəhər sakini 48 yaşlı Ədalət Həsənov saxlanılıb. Hər iki faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır
Ətraflı Videoda

шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.