Sabaha olan hava proqnozu açıqlanıb -

12-01-2019, 14:45            26 dəfə baxılıb
 Yanvarın 13-ə olan hava məlumatı açıqlanıb.  ETSN-dən verilən məlumatı təqdim edir:

Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman.

Mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0-2° isti, gündüz 8-11° isti,

Bakıda gecə 0-2°, gündüz 8-10° isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti,

dağlarda gecə 0-5° şaxta, gündüz 4-8° isti təşkil edəcək.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.