Cavid Qurbanovun oğlu dəmir yolu relsləri satır və milyonlar qazanır…-İddia -

11-01-2019, 11:45            157 dəfə baxılıb
 Azərbaycan dəmir yollarında relslərin və şalbanların yenilənməsi Qurbanovlar ailəsi üçün böyük gəlir mənbəyinə çevrilib
Yenixeber.org: “Azəbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun oğlunun dəmir biznesinə girişməsi ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Adını gizli saxlayan sahibkarın saytımıza verdiyi məlumata görə Cavid Qurbanovun oğlu metal satışı sahəsində ölkədə əsas monopolistlərdən birinə çevrilib. Sahibkarın bildirdiyinə görə Cavid Qurbanovun oğlu dəmir biznesini əsasən atasının rəhbərlik etdiyi Azərbaycan Dəmir Yolları QSC-nin relsləri hesabına inkşaf etdirir.
Qeyd edək ki, ölkə dəmiryolları xətlərinin yenilənməsi nəticəsində QSC anbarlarında 100 min tonlarla relslər və şpallar toplanıb. İstismar dövrünü başa vuran bu relslər və şalbanlar əvvələr açıq tender yolu ilə satılırmış və istənilən sahibkar bu tenderlerdə iştirak edə bilirmiş. Maraqlıdır ki, redaksiyamıza məlumat verən sahibkar bildirir ki, tenderlər zamanı alqı-satqı sənədləri çox aşağı qiymətdən, dəmirin bazar qiymətinin 10-15%-i səviyyəsində sənədləşdirilirmiş. Sahibkarlar isə qalan fərqi nağd şəkildə 1 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin rəisi Xəqani Kazımova ödəyirlərmiş. Misal üçün sahibkar bildirir ki, 100 min ton metal satışına görə Xaqani Kazımova ortalama 10 milyon manat ödənilirmiş. Sənədlərdə isə bu 1 milyon manat göstərilirmiş.
 Sahibkarın bildirdiyinə görə, QSC anbarlarındakı relslər keçmiş sədrin dövründə də satılırmış. Ancaq Cavid Qurbanov gəldikdən sonra “Azəbaycan Dəmir Yolları” QSC-yə dövlət tərəfindən yüz milyonlarla manat vəsait ayrıldı. Ayrılan vəsiatin bir hissəsi məhz dəmiryol xətlərinin yenilənməsi üçün istifadə edildi. Hazırda ölkədəki dəmir yol xətlərinin böyük bir hissəsinin yenilənməsi işləri yenə də davam etdirilir. Anbarlara yığılan 100 min tonlarla relslər isə yeni sədr Cavid Qurbanovun oğlunun ixtiyarına verilib. Sahibkarın bildirdiyinə görə Cavid Qurbanov “Azəbaycan Dəmir Yolları” QSC-yə sədr təyin olunduqdan sonra dəmir alqı-satqısı açıq tender vasitəsi ilə həyata keçirilirdi. Lakin bir müddət sonra qaydalar dəyişib. Cavid Qurbanovun birbaça tapşırığı ilə kənar şəxslərə relslərin satılması qadağan edilib. Həmin qadağanın səbəbi isə QSC sədrinin oğlunun da bu bizneslə məşğul olmağa başlaması olub. Məsələ ilə bağlı apardığımız araşdırma zamanı başqa bir sahibkar bildirib ki, anbarlara nəzarət edən şəxslər deyirlər ki, “şefin oğlunun maşınlarına yük vurğmağı çatdıra bilmirik, siz bir müddət gözləməli olacaqsınız”.
Relslərin satışının həyata keçirilməsinin Cavid Qurbanovun oğlunun monopoliyasına verilməsi həm sahibkarların, həm də anbar rəislərinin ciddi narazılığına səbəb olub. çünki hər iki tərəf qazancdan mərhum olub. Belə ki, Cavid Qurbanovun göstərişi ilə anbar rəisləri kənar adamlara 1 kq olsa belə dəmir sata bilmirlər. Bu üzdən də onların gəlir shəsi tamamilə əlllərindən çıxıb.
İddaya görə Qurbanovun oğlu bu biznesdən artıq milyonlarla manat qazanc əldə etməyə başlayıb.
Digər bir mənbə isə saytımıza bildirib ki, QSC sədrinin oğluna metal biznesinə kömək edən şəxs Cavid Qurbanovun ən yaxın adamı və qohumu olan 1 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin rəisi Xəqani Kazımovdur.Bu həmin Xaqani Kazımovdur ki, 2 il öncə Cavid Qurbanovla birlikdə “Azəryolservis” QSC-də işlədiyi dövrdə oğlunun milyonluq avtomobilləri ilə ölkə gündəminə gəlmişdi.
Məsələ ilə bağlı “Azəbaycan Dəmir Yolları” QSC-nin mövqeyini öyrənmək mümkün olmadı. Buna baxmayarq ortada olan iddilarla bağlı QSC-nin mövqeyini dərc etməyə hazırıq.
Aim.azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.