"Gündəlik Bakı" qəzetinin baş redaktorunun məhkəməsində zərərçəkənlər ifadə verib

https://apa.az/upload/images/news/2018/january/18/big/baki-agir-cinayetler-mehkemesi-1.jpg

















Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərdən Rasim Bağırov ifadə verib.

O, H. Vəliyevi tanıdığını, istintaq zamanı verdiyi ifadəni təsdiqlədiyini deyib. Bildirib ki, H. Vəliyevə 7300 manat pul verib: "Bir videogörüntü var idi. Onunla bağlı pul vermişəm. Mənə dəymiş zərər ödənilib, şikayətim yoxdur".\apa.az
aim.az
loading...