Samir Şərifov: Borc götürməmək mümkün deyil -

5-12-2018, 14:45            45 dəfə baxılıb
 Xarici dövlət borcuna münasibətdə Azərbaycan Maliyyə Nazirliyi konservativ mövqe tutmağa çalışır.
Aim.az Oxu.Az-a istinadən xəbər verir ki, maliyyə naziri Samir Şərifov bildirib ki, sxem çox sadədir: az borc götürürük, çünki götürməmək mümkün deyil, bütün dünya bu sxemlə işləyir, çalışacağıq ki, hər il xaricə ödədiyimiz borc cəlb etdiyimiz borcdan yüksək olsun.
Nazirin sözlərinə görə, nəticədə, xarici dövlət borcunun səviyyəsi ümumdaxili məhsula olan nisbəti daha da endiriləcək və beləliklə, optimal bir həddə düşəcək.S.Şərifov Azərbaycanın xalis maliyyə aktivlərinin yüksək olduğunu vurğulayaraq, vəsaitə ehtiyac olmadığı təqdirdə belə süni şəkildə dövlətin borclanmasının bəzən əhəmiyyət daşıdığını qeyd edib. шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.