İranda həyəcan təbili - məktəblər bağlandı -

3-11-2018, 11:45            33 dəfə baxılıb
 Güclü qum qasırğası İranın Zabil, Zəhək, Hirmənd, Hamun və Nimruz rayonlarında məktəblərin bağlanmasına səbəb olub.
Aim.az Yenicag.az-a istinadən məlumatına görə, dərslərin dayandırılması barədə İranın Sistan və Bəluçestan vilayətinin təlim-təhsil idarəsinin informasiya və ictimai əlaqələr şöbəsinin müdiri Əli Muradi bildirib.
Onun sözlərinə görə, əlverişsiz hava şəraiti ilə əlaqədar Sistan və Bəluçestan vilayətinin şimal rayonlarında orta məktəblər həftənin əvvəllərində də fəaliyyət göstərməyəcək.
Sistan və Bəluçestanın Hava Proqnozları Bürosunun rəhbəri Qulamhüseyn Abidinin sözlərinə görə, saatda 108 km sürətə çatan qum qasırğası Zabil rayonunda havanın normadan 14 dəfə artıq çirklənməsinə səbəb olub.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : [email protected]
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.