Pulunu ver, məktəb direktoru ol -

13-12-2018, 15:45            61 dəfə baxılıb
 Ağdam təhsilində biabırçı olaylar davam edir. Mətəb direktoru olmaq üçün keçirilən müsabiqədə kim Mətanət Misirxanova ilə Anlaşibsa oi da qalib olub.

Bu barədə Mozalan.az-a rayondan məlumat veriblər.

Qeyd edək ki, direktor təyin etməklə bağlı maxinasiyalar əvvəlki illərdə də olub.

Lakin Misirxanovanın belə desək Təhsil Nazirliyindəki və rayon rəhvərliyindəki arxalandığı şəxslər dəyişib.

“Direktor oyunları 2017”

Mətbuatda yazılanlara baxsaq əvvəllər bu adamlar Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin rəhbəri Kənan Quliyev, Ağdam rayon icra başçısı Raqub Məmmədov və Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsiniin Qarabağ bölgəsi üzrə nümayəndəsi Məhəmməd Aslanov idi.
Onların birgə qurduqları "direktor oyunu" ancaq şəxsi məqsədlərə xidmət edirdi. Belə ki, məktəb direktorları hansısa çatışmamazlıq və ya qanunsuzluq səbəbindən vəzifədən çıxarılır, qısa bir müddət sonra başqa bir işə keçirilirdi. 
Məsələn: Ağdam rayonun Bənövşələr kənd məktəbinin direktoru Nailə Qasımova işdən çıxarılıb. Maraqlıdır ki, bundan sonra Nailə Qasımova qısa müddətdə özünə rayon təhsil şöbəsində məsləhətçi işini ala bilir. Bununla da da kifayətlənməyən Nailə Qasımova bir neçə aydan sonra heç bir imtahan vermədən başqa bir məktəbə direktor təyin olunub. Məlumata görə, Təhsil Nazirliyinin müavini Mətin Eynullayevin təşəbbüsü ilə Nailə Qasımova 118 saylı məktəbə direktor göndərilib. Bu da onu göstərirdi ki, sabiq təhsil naziri Mikayıl Cabbarovun direktorları imtahan yoluyla təyin etdirməsi barədə yaratdığı görüntülər boş sözdən başqa bir şey deyilmiş.
Ağdam rayonu Baharlı 1 qəsəbə məktəbinin direktoru Elməddin Məmmədov da analoji ssenari ilə işdən çıxarılıb. İşdən çıxarılması ilə bağlı şikayət edən Elməddin Məmmədov təhsil şöbəsində məsləhətçi işinə düzəldilir. Hansısa proseslərin sonunda, daha konkret Kənan Quliyevin əmri ilə yenidən əvvəlki işinə - Baharlı 1 məktəbinin direktoru vəzifəsinə geri qaytarılır.
O da qeyd edilirdi ki, Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin rəhbəri Kənan Quliyev, Ağdam rayon icra başçısı Raqub Məmmədov, rayonun təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsiniin Qarabağ bölgəsi üzrə nümayəndəsi Məhəmməd Aslanov məktəblərdən paketlər alırlar. Təkcə Ağdam rayonundakı bir məktəbdəki vəziyyət deyilənlərin doğru olduğunu göstərmiş olur. Belə ki, rayondakı 101 saylı məktəbin fəaliyyəti ancaq kağız üzərindədir. Məktəb faktiki olaraq 24 kv metrlik otaqda fəaliyyət göstərir. Həmin otağa isə nəinki 11-ci sinif şağırdləri, heç məktəbin pedoqoji heyəti sığışmaz.
Məlumatda həmçinin bildirilird i, Məhəmməd Aslanov Ağdam təhsilində baş verənlərə seyrçi qalmağın müqabilində təhsil şöbəsinin müdiri Mətanət Misirxanovdan "KİA" markalı avtomobil də hədiyyə alıb.

“Direktor oyunları 2018”

Bu il məktəblərdən və təhsildən şikayət ötənilkindən 10 dəfə çoxdur.

Ancaq müəllimlərdən pul da yığılıb, kiminsə dərs saatı əlindən qanunsuz alınaraq başqasına verilib və sair.

Artıq hamı sabiq müdiri Elmira Şükürovanın ölənlərinə rəhmət oxuyur. Ağdam təhsili heç vaxt belə rəzil durumda olmamışdı.

Ağdam rayonundan Təhsil Nazirliyinə yazılan məktubların aidiyyatı üzrə çatdırılmasına M.Misirxanova imkan vermir. Nazirliyin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırov bunun qarşısını alır. Mətanət Misirxanova hər yerdə bildirir ki, mən Eşqi Bağırovun yaxın adamıyam.Yəni bunu heç gizlətmir də.

Verilən məlumatda deyilir ki, bu il rayonda məktəb direktoru vəzifəsinə 15 vakant yer olub.

Müsabiqədə iştirak isə ötənilki kimi yalnız görüntü xətrinə keçirilib.

25 namizədin onundan, hərəsindən 5 min manat alınmaqla müsabiqədən keçirilib. Əlbətdəki Eşqi Bağırovun köməkliyi ilə.

Daha əvvəl isə 5 namizədə belə “kömək” edilmişdi.

Bəzən direktor olmaq istəyən şəxs heç müsabiqədə də iştirak etmir. Məsələn , Paşabəyli kənd məktəbiinə son təyin edilmiş şəxs 10 min manat rüşvət verərək rahat direktor kreslosuina əyləşib.

Ardı var.
Aim.az:шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.