Qar çovğunu Moskvanın hava nəqliyyatını iflic etdi -

13-12-2018, 14:45            78 dəfə baxılıb
 Moskvanın üç hava limanında güclü qar çovğunu ilə əlaqədar 36 reysdə gecikmə yaranıb, səkkiz hava reysi təxirə salınıb.
Aim.az Oxu.Az-a istinadən xəbər verir ki, bu haqda “Ren” TV məlumat yayıb.
Məlumata əsasən, Domodedov aeroportunda səkkiz hava reysi təxirə salınıb, 10 reysdə gecikmə müşahidə olunur. Vnukova və Şermetyevo aeroportlarında da 13 hava reysində ciddi  ləngimələr meydana gəlib.
Hazırda Moskvada -3 dərəcə şaxta var. Sinoptiklər qarlı hava şəraitinin şənbə axşamına kimi davam edəcəyini proqnozlaşdırır. Bazar günündən isə temperaturun -18 dərəcəyə qədər aşağı düşəcəyi gözlənilir.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.